İyunun 28-də Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əlağa Vahidin xatirəsinə həsr olunmuş “Füzuli yadigarı” adlı ədəbi-bədii gecə keçiriləcək. 
   Gecədə xalq artistləri Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Aygün Bayramova, Əməkdar incəsənət xadimi Aqil Məlikov, əməkdar artistlər Elnarə Abdullayeva, Teyyub Aslanov, Ehtiram Hüseynov, xanəndələr Hüseyn Məlikov, Məmməd Nəcəfov və Vəfa Vəzirova çıxış edəcəklər.