Azərbaycan Dövlət Uşaq Filarmoniyası iyunun 7-də Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində balaca dostlarının görüşünə gələcək. Konsert proqramı zəngin repertuarı, fərqli nömrələri ilə seçilir. 
   Proqramda xalq rəqsləri, Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, dünya xalqlarının rəqsləri də yer alacaq. Konsertdə rəqs ansamblı, kamera ansamblı, “Şəms” uşaq xoru, eləcə də Uşaq xor kapellasının ifasında maraqlı çıxışlar gözlənilir.