1 iyun - Beynəlxalq uşaqları müdafiə günü münasibətilə daha bir tədbir Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində keçirilib. 
   Mayın 31-də muzeydə təşkil olunan “Günəşli ölkənin övladlarıyıq” adlı bayram tədbirində Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdləri musiqi nömrələri ifa ediblər, Nəsimi rayonu 151 saylı orta ümumtəhsil məktəbinin şagirdləri şeirlər söyləyiblər.
   Sonda şagirdlərə muzey tərəfindən hədiyyələr təqdim edilib.