Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tabeliyindəki mədəniyyət müəssisələri arasında qarşılıqlı əməkdaşlıq əlaqələri davam etdirilir. Regional idarənin Yevlax şəhər nümayəndəliyinin tabeliyində fəaliyyət göstərən şəhid Əsgər Həsənov adına Malbinəsi kənd Uşaq musiqi məktəbi Bərdə rayon nümayəndəliyinin nəzdində fəaliyyət göstərən Kətəlparaq kənd Uşaq musiqi məktəbinin qonağı olub. 
   Malbinəsi kənd Uşaq musiqi məktəbinin kollektivi konsert proqramı ilə çıxış edib. Tədbirin sonunda musiqi məktəbinin direktoru Müşfiq Əliyev yaradılan şəraitə görə Kətəlparaq kənd Uşaq musiqi məktəbinin rəhbərliyinə öz minnətdarlığını bildirib.