Qazax rayon Elmar Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsi 28 May - Respublika Gününə həsr olunmuş “Yaşasın bu torpaq, yaşasın Vətən” adlı ədəbi-bədii kompozisiya təşkil edib. Çaylı və Dəmirçilər kənd kitabxana filialları da eyni mövzuda tədbir keçirib. Rayonun Yuxarı Salahlı kənd 1 və 2 saylı kitabxana filialları kənd Folklor evi ilə birlikdə “28 May Respublika Günüdür” mövzusunda ədəbi-bədii kompozisiya keçirib. 
   MKS-nin təşkilatçılığı ilə Məhəmməd Vəliyev adına Aslanbəyli kənd kitabxana filialında Azərbaycan torpaqlarının işğalına həsr olunmuş “Unudulmaz qan yaddaşı” adlı görüşdə Ermənistanın işğalçılıq siyasətinin acı nəticələrindən söz açılıb.
   Daş Salahlı kənd 1 və 2 saylı kitabxana filialları mütəfəkkir şair Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr edilmiş ədəbi-bədii kompozisiya keçirib. 2 saylı filial isə kənd 1 saylı tam orta məktəbdə Respublika Günü ilə bağlı kompozisiya təqdim edib.