Azərbaycan Milli Konservatoriyasında bu təhsil ocağının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Salim və tələbələrinin “Azərbaycan sufi musiqisi” adlı konserti olub. Konsertdən əvvəl Fəxrəddin Salim sufi musiqisinin əsas mahiyyəti, tarixi barədə məlumat verib. Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Xalq şairi Sabir Rüstəmxanlı, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyeva, Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru Lalə Hüseynova və başqaları Fəxrəddin Salimin yaradıcılığı və təqdim olunan konsert barədə öz fikirlərini səsləndiriblər.
   Konsert proqramında F.Salim tərəfindən Azərbaycanın görkəmli şairlərinin (İ.Nəsimi, Ş.İ.Xətai, M.Füzuli, Ə.Vahid) qəzəllərinə yazılmış musiqilər səsləndirilib. Azərbaycan Milli Konservatoriyası tələbələrindən ibarət ansambl və F.Salimin sazda ifa etdiyi sufi musiqiləri böyük maraqla qarşılanıb.