Hüseyn Cavidin ev-muzeyində Azərbaycan Dillər Universitetinin xarici dil müəllimliyi ixtisası üzrə təhsil alan “SABAH” qruplarının tələbələri üçün “Hüseyn Cavidin həyat və yaradıcılığı” mövzusunda “açıq dərs” keçirilib.
    “Açıq dərs”də böyük şair və dramaturq Hüseyn Cavidin yaradıcılığı barədə ətraflı məlumat verilib, ölməz əsərlərinin (“Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” və s.) əhəmiyyətindən bəhs edilib. Tələbələr şair-dramaturqun “İblis” əsərindən parçalar söyləyiblər.