Nyu-Yorkun “Sotheby's” hərrac evində rəssam-modernist Rufino Tamayonun (1899-1991) “Quşların ovsunçusu” adlı rəsm əsəri 4,3 milyon dollara satılıb.
   Hərrac evindən bildirilib ki, bu əsər Tamayonun yaradıcılığının ən mühüm dövrünə aid edilir. Rəsm 1945-ci ilin “kədərli vaxtlarında” çəkilib. Lirik kompozisiyalardan ibarət əsər rəssamın gələcəyə nikbin baxışlarından xəbər verir. 
   R.Tamayo XX əsr Meksika rəssamlıq sənətinin ən məşhur nümayəndələrindən biridir. 2008-ci ildə rəssamın əsərlərindən biri hərracda 7,2 milyon dollara satılıb. 

   İlona