İyunun 7-də C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının quruluşunda məşhur əfqan yazıçısı Xalid Hüseyninin dünya miqyaslı bestselleri əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” ikihissəli dramı nümayiş olunacaq.
   Layihənin rəhbəri və tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyevdir, musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rəssamı Məhsəti Eldarovadır.
   Əsər Əfqanıstan müharibəsinin qurbanı olmuş iki qadının həyat hekayəsi fonunda mövcudluq uğrunda cəmiyyətlə, həyatla dramatik savaşdan bəhs edir. Tamaşa Rus Dram Teatrının səhnəsində təqdim olunacaq.