“Park Cinema” kinoteatrlar şəbəkəsi hər yay olduğu kimi, bu mövsümdə də “Amburan Beach Club”da açıq səma altında yerləşən kinoteatrını istifadəyə verib. İyunun 3-dən etibarən kinosevərlər dəniz sahilində onlar üçün yaradılmış komfortlu şəraitdən zövq ala bilərlər.
   Kinoteatrın repertuarına yeni xarici filmlərlə yanaşı, yerli ekran əsərləri də əlavə olunacaq. “Kinoteatr yay mövsümünün sonuna kimi fəaliyyət göstərəcək, seanslar isə 20.00-dan etibarən başlayacaq. Hər birinizi kinoteatrımızda görməkdən şad olarıq və sevimli izləyicilərimizi yay fəslini bizimlə birgə keçirməyə dəvət edirik”, - deyə kinoteatrın marketinq üzrə direktoru Musa Axundov bildirib.