F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 1 iyun - Beynəlxalq uşaqları müdafiə günü ilə əlaqədar “Nağıl bilicisi” adlı əyləncəli müsabiqə təşkil olunub. Yarışmada Nəsimi rayonu 36 saylı məktəbin III sinif şagirdləri və kitabxananın balaca oxucuları iştirak edib. 
   Beş mərhələdən ibarət müsabiqənin qalibi olan Zəhra Ağayeva kitabxananın “Nağıl bilicisi” medalı ilə təltif edilib. İştirak edən bütün uşaqlara kitablar hədiyyə olunub.
   Müsabiqənin sonunda kitabxananın direktoru Şəhla Qəmbərova uşaqları bayram münasibətilə təbrik edib. Mütaliənin uşaqların dünyagörüşünün formalaşmasında böyük rol oynadığını qeyd edən Ş.Qəmbərova şagirdlərin müsabiqədə fəal iştirakının bunun bir göstəricisi olduğunu deyib.