Hollivudun əfsanəvi aktrisası Merilin Monronun (1926-1962) yaşadığı sonuncu evi hərracda 7,2 milyon dollara satılıb.
   1929-cu ildə inşa edilən, 240 kvadratmetr sahəsi olan malikanə Brentvudda (İngiltərə) yerləşir. Bu villa tarixi əhəmiyyətə malikdir, çünki aktrisa ömrünün son vaxtlarını burada keçirmiş, 1962-ci ildə bu evdə vəfat etmişdi. Aktrisa bu evi özünün şəxsi sığınacaq yeri sayırdı və fotojurnalistlərə evdə çəkiliş çəkməyə icazə verməmişdi. 
   Merilin Monro dünyasını dəyişdikdən sonra bu evin bir neçə sahibi olub. Buna baxmayaraq, nə vaxtsa aktrisa tərəfindən seçilmiş evin bir çox dizayn elementləri qorunub saxlanılıb. Malikanənin yeni alıcısının adı açıqlanmır. 

   İlona