İyunun 6-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Səma” rəqs ansamblının hesabat konserti keçirilib. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.
   Aparıcı Humay Muxtarova konsert proqramını açıq elan edərək, “Səma” rəqs ansamblının il ərzində qazandığı nailiyyətlərdən danışıb. Sonra videoçarx nümayiş olunub.
   Konsert proqramında rəqs ansamblının ifasında Azərbaycan rəqsləri ilə yanaşı, dünya xalqlarının rəqsləri də nümayiş olunub. Müğənnilər Aysel Əlizadə, Orxan Babazadə, Leyla Ramazanlı, Yaşar Yusub, Əbdül Xalid və duet ortağı Səbuhi, Sami Oruc, Samirə Əfəndi, Könül Məmmədli və Nihad Məlikin ifalarında səslənən mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
   Sonda ansamblın bədii rəhbəri Səma Sadıxova kollektivin il ərzində keçirilən tədbirlərdə fəal iştirakına görə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin fəxri fərmanı ilə təltif olunub.