Bu il 27 sentyabr - Dünya turizm günü “Davamlı turizm inkişaf üçün alətdir” devizi altında keçiriləcək.
   Bu barədə məlumat Dünya Turizm Təşkilatının (DTT) saytında yer alıb. “Davamlı turizm inkişaf üçün alətdir” devizi BMT Baş Məclisinin 70-ci sessiyasının 2017-ci ili dünyada “Beynəlxalq davamlı turizm ili” elan etməsi çərçivəsində qəbul olunub.