İyunun 25-də Almaniyanın paytaxtında yerləşən Berlin-Bakı qalereyasında “Azərbaycan Mərkəzi Asiya ilə Berlində görüşür” adlı sərgi açılacaq.
   İyulun 29-dək davam edəcək sərgidə rəssamlar Rasim Hüseynovun (Azərbaycan), Samat İşenbekovun (Qırğızıstan), Sayyora Muinin (Özbəkistan) və Kodir Rahimovun (Tacikistan) əsərləri nümayiş olunacaq.
   2007-ci ildə açılmış Berlin-Bakı qalereyasının fəaliyyətinin məqsədi almaniyalı və azərbaycanlı rəssamların, heykəltəraşların və digər incəsənət nümayəndələrinin əsərlərinin sərgisinin təşkili və xalqlar arasında mədəni münasibətlərə töhfə verməkdir.