Qazax rayon Elmar Hüseynov adına Mərkəzi kitabxana mütəmadi olaraq müxtəlif yerlərdə, parklarda və əhalinin gur istirahət etdiyi ərazilərdə səyyar kitabxana xidməti təşkil edir.
   8 iyun tarixində kitabxananın Uşaq şöbəsi ilə birgə keçirilən növbəti tədbirdə 240 nüsxədən artıq ədəbiyyat şəhər sakinlərinin və qonaqların istifadəsinə verilib. 70-dən çox oxucu bu xidmətdən yararlanıb, kitabxanalara yeni oxucular üzv yazılıb. 
   
   * * *
   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Bərdə rayon Mərkəzi kitabxanası “Açıq kitabxana” layihəsi çərçivəsində Heydər Əliyev adına park-bulvarda kitab sərgisi təşkil edib. Sərgidə 400-ə yaxın kitab - Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin, orta və gənc nəsil yazarların kitabları yer alıb.
   Tədbirdə Bərdə Turizm İnformasiya Mərkəzi və Tarix-diyarşünaslıq muzeyinin eksponat və suvenirlərdən ibarət sərgisi də nümayiş etdirilib. Açıq havada təşkil edilən belə tədbirlər əhalinin və rayona gələn qonaqların marağına səbəb olur.