İyunun 16-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Folklor Ənənələrinin İnkişafına Dəstək” İctimai Birliyinin Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində “Sazın gəncliyi - gəncliyin sazı” adlı gənc aşıqların konserti keçiriləcək. 
   Layihənin əsas məqsədi aşıq sənətinin böyük mənəvi dəyər olaraq qorunub saxlanılması, gənclərin bu sənətə gəlişinə dəstək verilməsi, onların yaradıcılığının təşviq edilməsidir.