İyunun 16-da Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan təhsilində yenilikləri ilə seçilən “Kaspi” Təhsil Şirkətinin 10 illik yubileyi və “Kaspi” liseyinin ilk məzunlarının buraxılış gecəsi keçirilib.
   Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət və elm xadimləri iştirak ediblər. Əvvəlcə şirkətin fəaliyyətini, gördüyü işləri əks etdirən film nümayiş olunub.
   “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva qurumun 10 illik fəaliyyət dövrünə nəzər salıb, ötən müddətin nailiyyətlərlə yadda qaldığını vurğulayıb. Bildirilib ki, şirkətin yaradılmasının məqsədi təhsil sahəsinə yeniliklər gətirmək, beynəlxalq standartlara cavab verən bir sistem yaratmaq olub.
   “Kaspi” Təhsil Şirkətinin icraçı direktoru Elnur Əliyev təmsil etdiyi qurumun 10 illik fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib.
   Tədbirdə “Kaspi abituriyent” kurslarında təhsil alaraq 700 bal toplamış Vahab Cəbrayılova xüsusi mükafat təqdim olunub.
   “Kaspi” liseyləri incəsənət dərnəklərinin şagirdləri kompozisiyalar, rəqslər, səhnəciklər nümayiş etdiriblər.