Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Georgi Şaroyev adına 35 nömrəli Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə X sinif şagirdləri Səbinə Eldarlı, Nigar Kərimova və XI sinif şagirdi Gülnaz Eldarlı Türkiyənin İzmir şəhərində keçirilən “Motsart Akademiyası” gənc pianoçuların III beynəlxalq festival və müsabiqəsində iştirak ediblər.
   Məktəbdən bildirilib ki, iki turdan ibarət müsabiqənin nəticəsinə görə Gülnaz Eldarlı birinci, Səbinə Eldarlı isə ikinci yeri qazanıb. Nigar Kərimova isə diploma layiq görülüb. Onların müəllimi professor Siala Sinamdzqvarişvilidir.