Azərbaycan Dövlət Musiqili Teatrında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Heydər Əliyev dərsi” keçirilib. 
   Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev tədbiri açaraq Milli Qurtuluş Gününün Azərbaycanın yeni tarixində parlaq səhifələrdən biri olduğunu, müasir Azərbaycan dövlətçiliyinin əsasının bu 1993-cü ilin 15 iyununda qoyulduğunu vurğulayıb.
   Millət vəkili Jalə Əliyeva çıxışında müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin həyat və fəaliyyətindən, böyük liderə ehtiyac duyulan bir vaxtda onun xalqın səsinə səs verərək hakimiyyətə qayıdışından və ölkəni xaosdan, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etməsindən danışıb.
   Teatrın gənc əməkdaşları - Əməkdar artist Əkbər Əlizadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova, aktyorlar Yuliya Heydərova, Gültac Əlili çıxış edərək Heydər Əliyev dühasının Azərbaycan xalqına verdiyi misilsiz töhfələrdən bəhs ediblər.