İyunun 12-də Hacıqabul rayon Mədəniyyət mərkəzində MKS-nin 19 saylı Qarasu kənd kitabxana filialının müdiri Şamil Azadovun ssenarisi əsasında hazırlanmış “Bəla” tamaşası nümayiş olunub. Şəhərin 2, 5, 9 saylı tam orta məktəbinin 10-cu sinif, Qarasu kənd məktəbinin 6-cı sinif şagirdlərinin iştirakı ilə hazırlanan səhnə əsəri bəşəriyyətin bəlası olan narkomaniyanın fəsadlarından bəhs edir.
   Sonda Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov, rayon Təhsil şöbəsinin müdiri Şükür Məmmədov, İcra Hakimiyyətinin şöbə müdiri Zeynəb Yunuslu iştirakçılara təşəkkür ediblər, tamaşada rol alan gənclər mükafatlandırılıb.