Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Sabunçu rayon MKS-nin 1 saylı filialı 148 saylı orta məktəbdə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Molla Pənah Vaqifin (1717-1797) 300 illik yubileyinə həsr olunmuş “XVIII əsrin mütəfəkkir şairi” adlı tədbir keçirib.
   Tədbirdə şairin həyat və yaradıcılığı haqqında məlumat verilib. Vurğulanıb ki, şairin 300 illiyi 2016-2017-ci illərdə UNESCO-nun yubileylər proqramına daxil edilib.
   Sonra şagirdlərin ifasında M.P.Vaqifin əsərlərindən nümunələr səsləndirilib, kompozisiya nümayiş olunub.