Kolumbiyanın ölkəmizdəki səfirliyinin və Azərbaycan Respublikasının Nazirlər Kabineti (ARNK) yanında Tərcümə Mərkəzinin birgə ərsəyə gətirdiyi Azərbaycan və Kolumbiya şeiri antologiyasının təqdimatı keçirilib.
   AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə mərkəzin direktoru Afaq Məsud xalqlararası dostluq və anlaşmanın ən qısa və faydalı yolunun ədəbiyyatdan keçdiyini bildirib, rəhbərlik etdiyi qurumun bu istiqamətdə reallaşdırdığı növbəti layihələr barədə məlumat verib.
   Kolumbiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili xanım Marta Galindo Tərcümə Mərkəzi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, ədəbiyyatlararası mübadilələrin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu deyib.
   Tədbirdə iştirak edən tanınmış elm və sənət adamları ədəbiyyatın insanlığa, bəşəriyyətə təsirindən söz açıblar, belə layihələrin dünya xalqlarının bir-birinə yaxınlaşdırılmasında əhəmiyyətindən danışıblar.
   Sonda kolumbiyalı şair, kitabın redaktoru Katalina Qonsales Restrepo antologiyada yer alan müəlliflərin mətn özəlliklərinin təhlili üzrə məruzə edib, şairlərin şeirlərindən parçalar səsləndirib.