İyunun 18-də “Qalaaltı Hotel & Spa” kompleksində Qalaaltı suyunun müalicəvi əhəmiyyəti ilə bağlı seminar keçirilib. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasından (AHİSTA) verilən xəbərə görə, kompleksin rəhbərliyinin dəvəti ilə baş tutan seminarda Milli Məclisin Sosial siyasət və tibb komitəsinin üzvü İlham Məmmədov, AHİSTA-nın rəhbəri Ruslan Quliyev, Azərbaycan Tibb Universitetinin tələbələri iştirak edib. 
   Seminarda Qalaaltı suyunun müalicəvi xüsusiyyətləri barədə məlumat verilib, eyni zamanda xarici ölkələrdə bu termal mənbənin təbliği məsələsi müzakirə edilib. Seminarın gedişində Azərbaycanın təbii sərvəti olan bu suyun dövlət və özəl sektorun nümayəndələrinin birgə fəaliyyəti ilə tanıdılması, buraya çoxsaylı turistlərin cəlb edilməsi üçün müvafiq işlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

   Fariz Hüseynov