Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Nizami Kino Mərkəzinin birgə layihəsi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə iyunun 14-də başlanan “Milli kino günləri” davam edir. Filmlər bazar ertəsi, çərşənbə və cümə günləri saat 12:30-da nümayiş edilir.
   İyunun 21-də Nizami Kino Mərkəzində “İçərişəhər”, ayın 23-də “Qatil”, 26-da “Xeyirlə Şərin rəqsi” filmləri göstəriləcək. 28 iyunda “Yaddaş”, 30 iyunda “Nabat” filmləri nümayiş olunacaq. “Milli kino günləri” iyulun 14-dək davam edəcək.
   Seanslara giriş pulsuzdur. 
   Ətraflı informasiyanı Nizami Kino Mərkəzinin məlumat mərkəzindən və sosial şəbəkə səhifəsindən öyrənmək mümkündür.