Xalq yazıçısı Elçinin “Baş” romanı qısa müddət ərzində respublikamızın hüdudlarından kənarda da geniş yayılmağa başlayıb, beynəlxalq ədəbi marağa səbəb olub. Roman Moskvanın “Xudojestvennaya literatura” nəşriyyatında rus dilində nəşr edildikdən sonra, kütləvi oxucular üçün nəzərdə tutulmuş “Roman-qazeta” da iyun nömrəsini bütövlükdə “Baş” romanının çapına həsr edib.
   Bu günlərdə isə Kişinyovun “Editura ARS” nəşriyyatı “Baş” romanını moldav dilində nəfis şəkildə nəşr edib. Əsəri moldav dilinə Aleksandru Vakulovski tərcümə edib.
   Hazırda roman türk, ingilis və alman dillərində İstanbul, London və Köln nəşriyyatlarında çapa hazırlanır.