Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və İncəsənət Universitetinin İnstrumental ifaçılıq kafedrasının müəllim-tələbələrinin konserti keçirilib.
   Konsertdə Teymur Göyçayevin rəhbərliyi altında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə kafedranın müəllimi Leyla Əliyeva, tələbələr Zülfiyyə Muxtarova, Günel Quliyeva, Lalə Əhmədova və İlahə Salmanzadənin ifasında İ.S.Baxın müxtəlif əsərləri səslənib.