Azərbaycan Dövlət Musiqili Teatrı iyunun 20-də cəbhə bölgəsində - Ağdam rayonunda çıxış edib. Teatrın kollektivi Ağdam sakinləri qarşısında Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” ikihissəli musiqili komediyasını oynayıb. Rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artist Novruz Qartal, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Elçin İmanov, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov və Nigar Qarayeva ifa ediblər.