Diplomatik əlaqələrin 25 illiyinə sənət töhfəsi
   
   İyunun 17-də Beynəlxalq Muğam Mərkəzində Rumıniya xalq musiqisindən ibarət konsert olub. Tədbir Azərbaycan və Rumıniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub. 
   Konsertdən əvvəl çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku iki ölkə arasında münasibətlərdən, əməkdaşlıq perspektivlərindən danışıb. Qeyd edib ki, enerji, nəqliyyat sahələrində əlaqələr iki ölkəni daha çox yaxınlaşdırır. Azərbaycanın dinamik inkişafını vurğulayan səfir Rumıniyanın ölkəmizlə iqtisadi sahədə əlaqələri daha da genişləndirməkdə maraqlı olduğunu bildirib. Diplomat mədəniyyət və təhsil sahələrində əməkdaşlığı inkişaf etdirməyin əhəmiyyətini də diqqətə çatdırıb.
   Konsert proqramında nəfəsli alətlərdə Daniel Pop, simli alətlərdə isə Doina Lavrik çıxış edib.