Çexiyanın məşhur “.zam” velo-baykerlər qrupu bu günlərdə ölkəmizdə olub. Dünya mediası və sosial şəbəkələrin fatehləri bu dəfə fanatlarını Bakı, eyni zamanda Xızı, Quba, Qusar dağlarındakı macəraları ilə sevindirib.
   Velo-baykerlər qrupuna təşkilati dəstəyi Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Turizm Təbliğat Bürosu göstərib.
   Bürodan bildirilib ki, ekstremallar tezliklə Gürcüstan və Azərbaycanda çəkdikləri videoları təqdim edəcəklər. İki ölkə gələcəkdə də müştərək layihələr icra etməyi planlaşdırır.