Rusiya Federasiyası Nazirlər Kabineti nəzdində qanunvericilik komissiyası ölkədə “Tax free” sisteminin tətbiq edilməsi barədə qanun layihəsini təsdiq edib. 
   Bu qanun tətbiq edildikdən sonra Avrasiya İqtisadi Birliyinə daxil olmayan ölkələrin Rusiyadan alış-veriş edən vətəndaşları da ölkədən çıxarkən malın qiymətindən ƏDV-ni geri alacaqlar.
   Eyni zamanda Rusiya şirkətlərinin əcnəbi vətəndaşlara təklif etdiyi xidmətlərin dəyərinə də ƏDV əlavə olunması aradan götürülür.