Azərbaycan Turizm və Menecment Universitetinin əsas nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının 2017-ci ildə ilk sayı çapdan çıxıb. Nəşrdə universitetdə kadr hazırlığı aparılan ixtisasların rəqabət mühiti, Azərbaycan turizminin iqtisadi inkişaf perspektivləri, yeni turların yaradılma texnologiyaları, sosial sahibkarlıq və sosial maliyyə bazarlarının qiymətləndirilməsi və mədəniyyətlərarası əlaqələrin formalaşmasının tədqiqi kimi araşdırma nəticələri yer alıb.
   Jurnalın elektron versiyası ilə universitetin saytında (www.atmu.edu.az) tanış olmaq olar.