Amerika Birləşmiş Ştatları Kanzas Universitetinin iki əməkdaşı AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub. Sosioloji sahədə tədqiqat aparan alimlər - doktor Levis Mennerick və əslən azərbaycanlı, doktor Mehrəngiz Nəcəfizadə Azərbaycanda XIX əsrin sonu - XX əsrin əvvəllərində gender bərabərliyi, qadın azadlığı, insan haqları məsələləri, təhsil problemləri mövzusunda araşdırmalar aparırlar. Onlar Əlyazmalar İnstitutunun fondunda qorunan əski mətbuat örnəkləri ilə tanış olublar.
   
   Soltan