Heydər Əliyev Mərkəzinin parkında ötən həftəsonu uşaqlar üçün rəsm dərsi təşkil olunub. Rəsm dərsini rəssam, Azərbaycanda və xaricdə keçirilən bir sıra sərgilərin iştirakçısı, “Tonus Klubu”nun müəllimi Röya Həsənova keçib.
   Açıq havada keçirilən dərs həm də uşaqların həftəsonu əyləncəsinin maraqlı təşkilinə imkan yaradıb. Uşaqlar müxtəlif rəsmlər çəkib, müəllimin tövsiyələri üzrə rəsm vərdişlərini inkişaf etdiriblər.