Türkiyənin Adıyaman vilayətinin Gölbaşı qəsəbəsində eramızın ilk əsrlərinə aid mozaik döşəmə tapılıb. Mozaika Gölbaşı rayonundakı Çaxmaq məhəlləsində torpaq işləri zamanı üzə çıxarılıb. Roma İmperiyası dövrünə aid olan tapıntı barədə aidiyyəti qurumlara məlumat verilib.
   Aparılan araşdırılmalardan sonra mozaik struktur Adıyaman Muzey İdarəsinin arxeoloqlarına təqdim olunub. Arxeoloqlar tərəfindən tikilinin təxminən 1600 illik yaşa malik olduğu müəyyən edilib.