Yazıçılar Birliyinin nəşri olan “Azərbaycan” jurnalının iyun sayı nəsr, poeziya nümunələri, tərcümə əsərləri, araşdırma yazılarla zəngindir. 
   Jurnalın “Poeziya” bölməsində Ay Bəniz Əliyar, Vəliyulla Novruz, Ətraf Sərraf, Fərid Həsənzadə, Ağasəfa, Nizami Muradoğlu, Fərqanə Mehdiyeva və Rahil Məmmədin şeirləri çap olunub.
   “Yeni tərcümələr”də Elçin Hüseynbəylinin tərcüməsində Vasili Belovun “Üç meşə o tərəfdə”, “Sığırçınlar”, “Atlar”, “Bobriş təpəliyi”, “Sıravi Lavruxin”, “Rosstan təpəliyində” əsərləri verilib. Vilayət Hacıyevin tərcüməsində Marianne Qruberin “Şorcüllütünün ölümü” hekayələri, Könül Arifin çevirdiyi Tatyana Sivesin “Bakı” poeması da bu bölmədə yer alıb.
   Leyli Salayeva “Ev” hekayəsi ilə “Debüt”, Əlirza Balayev “Quranın tərcüməsinə dair bəzi mülahizələr” yazısı ilə “Nəzər nöqtəsi” rubrikalarında çıxış edib.
   “Ədəbi düşüncələr” rubrikasında Nizami Cəfərovun “Həyatın metafizikası, yaxud “Mahmud və Məryəm”dən “Ölüm hökmü”nə”, İrfan Çifçinin “Rəşad Məcidin keçib gəldiyi “Zaman tuneli” məqalələri dərc olunub.
   “Tənqid və ədəbiyyatşünaslıq” bölməsində Nərgiz Cabbarlının “Müasir roman texnologiyası, klassik roman strukturunda “dağılma” və keçmişə qayıdış”, Vaqif Yusiflinin “Qəzəl dünyamız” (sonu) məqalələri çap olunub.
   Ən yeni nəşrlər haqqında məlumat “Kitab rəfi” rubrikasında verilib.
   
   Fariz Hüseynov