Azərbaycan Aşıqlar Birliyinin (AAB) yeni layihəsi olan “Günümüzün ustad aşıqları” seriyasından sonuncu - doqquzuncu kitab işıq üzü görüb.
   Layihə çərçivəsində çağdaş aşıq sənətimizdə öz dəst-xətti ilə seçilən Əməkdar incəsənət xadimi Ədalət Nəsibov, əməkdar mədəniyyət işçiləri İsfəndiyar Rüstəmov, Ulduz Sönməz, Mahmud Məmmədov, Xanmusa Musayev, Yanvar Bədəlov, Haşım Qubalı, Fətulla Əliyev və Əli Quliyevin hər birinə ayrıca kitab həsr olunub. Kitablarda eyni zamanda ustad aşıqlar haqqında tanınmış elm və sənət adamlarının ürək sözləri, onlara ithaf olunmuş şeirlər, eləcə də özlərinin yaradıcılıqlarından nümunələr yer alıb.
   Kitabların məsləhətçisi Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanı və redaktoru qurumun katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.