Yevlaxlı şagirdlər tərtərli məktəblilər qarşısında konsert proqramı ilə çıxış ediblər
   
   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki mədəniyyət müəssisələri arasında əlaqələr genişlənir. Regional idarənin Yevlax şəhər nümayəndəliyinin tabeliyində olan Xaldan kənd Uşaq musiqi məktəbi Tərtər rayon Uşaq musiqi məktəbində konsert proqramı ilə çıxış edib.
   Regional idarənin Yevlax şəhər üzrə nümayəndəsi Rafiq Məmmədov və Tərtər rayon üzrə nümayəndəsi Gündüz Mürsəlov çıxış edərək, nümayəndəliklər arasında əlaqələrin qurulmasının əhəmiyyətindən söz açıblar. Bildirilib ki, uşaq musiqi məktəbləri arasında qarşılıqlı əməkdaşlıq 2017-ci ilin yanvar ayından tədris planına salınıb. Məqsəd əlaqələr quraraq, qabaqcıl iş təcrübəsini inkişaf etdirməkdir.
   Sonra musiqi məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə konsert proqramı təşkil olunub. Xor kollektivinin, vokal və rəqs qruplarının, xanəndəlik, fortepiano və tar sinifləri şagirdlərinin ifaları maraqla qarşılanıb.