İyunun 20-də Mingəçevir Dövlət Dram Teatrında Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasının premyerası keçirilib. Tamaşaya teatrın baş rejissoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəli quruluş verib. Səhnə tərtibatı gənc rəssam Kəmalə Əsgərovaya məxsusdur.
   Əsas rolları əməkdar artistlər Şıxı Yaqubov (Xan), Ella Yaqubova (Pəri xanım), artistlərdən Asim Məmmədov (Vəzir), Könül Hacıyeva (Şölə xanım), Elmira İbrahimova (Ziba xanım), Fəridə Məmmədova (Nisə xanım), Paşa Salmanov (Teymur ağa), Aydın Quliyev (Hacı Salah) və başqaları oynayır.
   Mingəçevir Dövlət Dram Teatrı mövsümə yeni tamaşa ilə yekun vuracaq.