Beynəlxalq elmi konfrans keçiriləcək
   
   Noyabr ayında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda II Beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulur. 
   İslam ölkələrinin mədəniyyəti, ədəbiyyatı və tarixinə dair əlyazma abidələrinin tədqiqinə həsr olunmuş konfransda iştirak etmək istəyən tədqiqatçılar 1 sentyabr 2017-ci il tarixinədək məruzələrinin tam mətnlərini elyazma.kitabxana@gmail.com elektron ünvanına göndərə bilərlər.
   Məruzələrin həcmi 5 səhifədən çox olmamalıdır. Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.