İyunun 29-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, tarzən, Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” Xalq çalğı alətləri ansamblının bədii rəhbəri Adil Bağırovun 80 illiyinə həsr edilmiş tədbir keçiriləcək. Gecədə A.Bağırovun sənət dünyasından, gördüyü işlərdən danışılacaq, xidmətləri vurğulanacaq. Tədbir konsert proqramı ilə davam edəcək. Konsertdə əməkdar artistlər Almaz Orucova, Zakir Əliyev, Cabir Abdullayev, Təyyar Bayramov və xanəndələr Kamilə Nəbiyeva, Aytən Məhərrəmova, Günay İmamverdiyeva, Abgül Mirzəliyev, Sərxan Bünyadzadə, Elnur Zeynalov tərəfindən xalq və bəstəkar mahnıları səsləndiriləcək. İfaçıları “Xatirə” ansamblı müşayiət edəcək.