İyunun 24-də Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrında Jan-Filip Ramonun “Kralın əyləncəsi” baleti nümayiş olunacaq.
   Səhnə əsərində Kral obrazını həmvətənimiz Timur Əsgərov canlandıracaq. Balet “Bəyaz gecənin ulduzları” XXV musiqi festivalı çərçivəsində nümayiş etdiriləcək.
   T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan və Ukrayna Opera və Balet teatrlarında çalışıb. 2011-ci ildən Mariinsk Teatrının truppasında fəaliyyət göstərir.