İyulun 2-dən 12-dək Polşanın Krakov şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 41-ci sessiyası keçiriləcək. Sessiyada qurumun Dünya irs siyahısına təklif edilən milli fayllar nəzərdən keçiriləcək.
   UNESCO-nun saytında yer alan məlumata görə, Azərbaycandan Şəki Xan sarayı da daxil olmaqla Şəki şəhərinin tarixi hissəsi Dünya irs siyahısına namizədlər sırasındadır.