İyunun 30-da Qusar Dövlət Ləzgi Dram Teatrının 25 illik yubileyi qeyd olunacaq. Yubiley münasibətilə xüsusi proqram hazırlanıb. Əvvəlcə Qusar şəhərinin mərkəzindəki General Mahmud Əbilov adına meydanda bayram tamaşası - teatrın sevilən səhnə əsərlərindən parçalar təqdim olunacaq.
   Sonra qonaqlar Qusar Dövlət Ləzgi Dram Teatrının foyesində sənət ocağının tarixini əks etdirən fotosərgi ilə tanış olacaqlar.
   Yubiley tədbirində teatrın 25 illik fəaliyyətindən ətraflı söz açılacaq. Sonra mərasimdə “Yaradan, yaşadan teatr” adlı kompozisiya təqdim olunacaq, Azərbaycan və ləzgi dillərində mahnı və şeirlər səslənəcək. 
   Tədbirdə həmçinin Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından səhnə, “O olmasın, bu olsun” tamaşasından parça nümayiş olunacaq. Yubiley proqramında multikulturalizmi təbliğ edən sərgi və folklor nümunələri də təqdim ediləcək.
   
   Fariz