Heydər Əliyev Sarayında yeni layihə təqdim ediləcək
   
   Sentyabrın 23-də Heydər Əliyev Sarayında “Məşhurlar və övladları” adlı konsert proqramı keçiriləcək. Yeni layihədə xalq artistləri Şahnaz Haşımova - oğlu Tural Abdullayev, Gülyaz Məmmədova - Ramazan Şərifzadə, Ramiz Novruz - Cavidan Novruz, Şəfiqə Eyvazova - Mehri Əsədullayeva, Əməkdar incəsənət xadimi Aqil Məlikov - Hüseyn Məlikov, əməkdar artistlər Nuriyyə Hüseynova - Çilənay Bədəlova, Teyyub Aslanov - Nicat Aslanov, Elza Seyidcahan - Ələkbər Qasımov, Aşıq Ulduz - Sədaqət Ulduz, tanınmış müğənnilər Könül Kərimova -Rəşad Məmmədov, Aşıq Zülfiyyə - Babək Quluzadə, Rüfət Axundov - Məhəmmədəli Axundov, Emil Bədəlov - Səadət Bədəlova, Elxan Qaraxanoğlu - Ayxan Şirinov, Rəna Talıbova -Nicat Cəfərzadə və başqaları iştirak edəcəklər.
   Layihənin xüsusi qonaqları qismində Xalq artisti Faiq Ağayev, Əməkdar artist Aybəniz Haşımova, Nadir Qafarzadə və Vüqar Əbdülovun ifaları nəzərdə tutulub.   

   Lalə