Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı idarə heyətinin növbəti iclasında bir sıra məsələlər müzakirə olunub.
   İttifaqın sədri, Xalq artisti, professor Şəfiqə Məmmədova 2 avqust - Milli kino günü ilə əlaqədar kino işçilərinin mükafatlandırılması məsələləri, “Zaman və məkan” sənədli ssenari müsabiqəsinin keçirilməsi və münsiflər heyətinin seçilməsi ilə bağlı məlumat verib.
   Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev cari məsələlər barədə çıxış edərək, 2017-ci ilin birinci yarısında görülən işlər və nəzərdə tutulan tədbirlər barədə danışıb.
   İclasda ittifaqın idarə heyətinin üzvləri - xalq artistləri Vaqif Mustafayev və Oqtay Mirqasım, əməkdar incəsənət xadimləri Ayaz Salayev, Müşfiq Hətəmov və “Nərimanfilm” kinostudiyasının rəhbəri Nəriman Məmmədov da çıxış edib, təkliflər səslənib, fikir mübadiləsi aparılıb.