Tərcümə Mərkəzinin rüblük nəşri olan “Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti (2/2017) nömrəsi çapdan çıxıb.
   Oxucular nəşrin bu nömrəsində Kazuo İsiquronun “O günlərdən qalanlar” romanını, Herman Hessenin “Cavanlıq gözəl şeydir” hekayəsini, yeni tərcümədə Nikolay Qoqolun “Şinel” hekayəsini, Doris Lessinqin “Qarışqa yuvası” povestini oxuya biləcəklər.
   Jurnalda həmçinin Fransua Moriakın “Sevgi səhrası” romanı, Rotterdamlı Erazmusun “Axmaqlığın tərifi” əsəri, Ejen İoneskonun “Keçəl müğənni qız” pyesi, Uinston Çörçillin memuarları yer alıb.