İllərdən bəri Türkiyədə yaşayıb çalışan tanınmış teatr və kino aktrisası, rejissor Əməkdar incəsənət xadimi Məlahət Abbasova sentyabrın 11-dən 17-dək keçiriləcək 24-cü Adana Beynəlxalq Film Festivalının münsiflər heyətinin üzvü seçilib. Soydaşımızın üzvü olduğu üçnəfərlik heyət festivalın qısametrajlı film bölümündə nümayiş olunacaq lentləri qiymətləndirəcək. 
   Onu da əlavə edək ki, artıq öz ənənəsi olan festival 6 kateqoriya üzrə keçirilir və qaliblərə "Altın Koza" mükafatı təqdim edilir. Festivalın rəsmi saytında xəbər verilib ki, müsabiqə proqramına filmlərin qəbulu may ayında başlayıb. 
   
   G.Mirməmməd