Mədəniyyət və Turizm Nazirliyi, Səməd Vurğunun ev-muzeyi və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Səməd Vurğun və ədəbi türk dünyası” mövzusunda respublika elmi konfransının materialları toplu halında çapdan çıxıb. Toplunun elmi redaktoru akademik İsa Həbibəyli, rəyçilər filologiya elmləri doktorları Almaz Ülvi və Yaşar Qasımbəyli, redaktoru Aslan Salmansoydur.
   Nəşrdə Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvinin “Özbək poeziyasında Səməd Vurğun mövzusu”, institutun əməkdaşları - filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun “Səməd Vurğun yaradıcılığına türk ədəbiyyatının təsiri”, Töhfə Talıbovanın “Səməd Vurğun və tatar şairi Musa Cəlil”, Mehman Həsənin “Səməd Vurğun və qırğız ədəbiyyatı”, M.Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimovun “Səməd Vurğun və Məhəmmədhüseyn Şəhriyar” və s. mövzularda məqalələr yer alıb.