İyulun 4-də Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Dəmir Menderes və Türkiyənin Amasya Universitetinin nümayəndələri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar.
   Fonddan bildirilib ki, görüşdə D.Menderes Türk Dünyası Jurnalistlər Federasiyasının fəaliyyətindən, Azərbaycan-Türkiyə dostluğu çərçivəsində görülmüş işlərdən söz açıb. O, eyni zamanda, türk dünyası ilə bağlı federasiya tərəfindən planlaşdırılan tədbirləri, o cümlədən Amasya Universitetinin dəstəyilə “Türk dünyası sənədli film festivalı”, “Qorqud Ata aşıqlar karvanı” layihələri barədə məlumat verib.
   Fondun prezidenti Günay Əfəndiyeva belə layihələrin ümumtürk mədəni irsinin mühafizəsi, təşviqi, dünyaya tanıdılması və bütövlükdə türk dünyasının birliyi üçün mühüm əhəmiyyət daşıdığını deyib, iki qurumun əməkdaşlığına dəstəyini ifadə edib.